Sağlam həyat tərzi üçün düzgün qidaların seçilməsi böyük əhəmiyyət daşıyır. Gündəlik istifadə olunan bəzi qidalar həm immuniteti gücləndirir, həm də orqanizmin ümumi sağlamlığını dəstəkləyir. Buna görə də bu məhsulların hər mətbəxdə olması tövsiyə olunur.

Foodinfo.az xəbər verir ki, ymurta ən faydalı qidalardan biri hesab olunur. Yüksək keyfiyyətli zülal və vitaminlərlə zəngin olan yumurta uzun müddət toxluq hissi yaradır və enerji verir.

Həmçinin Bal məhsulunun da təbii enerji mənbəyi olduğu bildirilir. Tərkibindəki faydalı maddələr immunitet sistemini dəstəkləyir.

Sağlam qidalar siyahısında sarımsaq və zəncəfil xüsusi yer tutur. Bu məhsullar iltihabəleyhinə xüsusiyyətləri ilə tanınır və soyuqdəymə mövsümündə tez-tez istifadə olunur.

Bundan əlavə, qoz və badam kimi çərəzlər, yulaf və tam taxıllar, qatıq və kefir, təzə meyvə və tərəvəzlər, zeytun yağı gündəlik rasion üçün ən faydalı seçimlər arasında göstərilir.

Sağlam qidalanma yalnız bir məhsulla deyil, balanslı və müxtəlif qidalarla mümkündür. Emal olunmuş və həddindən artıq şəkərli məhsulların isə məhdudlaşdırılması tövsiyə olunur.

Bir sözlə, mətbəxdə təbii və qidalandırıcı məhsullara yer vermək həm sağlamlığı qorumağa, həm də gündəlik enerjini artırmağa kömək edir.