Günümüzdə dinozavrlar başqa planetlərdə yaşamış ola bilərlər, çünki oradakı iqlim şəraiti əvvəllər Yerdə mövcud olan göstəricilərə uyğundur.
Foodinfo.az xəbər verir ki, bu nəticəyə Kornel Universitetindən olan NASA alimləri gəlib. Onların araşdırması "Monthly Notices of the Royal Astronomical Society" jurnalında dərc olunub.
Mütəxəssislər atmosferdəki oksigenin səviyyəsindən asılı olaraq planetimizin inkişafını təhlil ediblər. Dinozavrların dövründə bu rəqəm 30% -ə çatırdı, bu isə mürəkkəb orqanizmlərin yaranmasına səbəb olurdiu. Hazırda bu rəqəm 21%-ə düşüb. Bu o deməkdir ki, əgər alimlər hesablamalar və müşahidələr yolu ilə oksigen nisbətinin yüksək olduğu planeti müəyyən edə bilsələr, o zaman orada dinozavr və ya ibtidai canlıların tapılma ehtimalı yüksəkdir.
Tədqiqatçılar xatırladıblar ki, təxminən 542 milyon il əvvəl Yer kürəsində həyatın inkişafı erası - fanerozoy mərhələsi başlayıb. Onların fikrincə, çox güman ki, o vaxt mövcud olan şərait yalnız bizim planetimiz üçün xarakterik deyil.