Hindistandan olan bir yeniyetmə yarım metrlik qara saçlı quyruğu ilə tanrının təcəssümü hesab edilib.
Foodinfo.az xəbər verir ki, bu barədə “Daily Mirror” məlumat yayıb.
Madhya Pradeşin Barwani kəndindən olan 14 yaşlı Sureş qeyri-adi fiziologiyasına görə ibadət obyektinə çevrilib. Oğlan uşağı arxa nahiyəsində qara saçla doğulub. Beş yaşında olanda atası onu kəsməyə çalışsa da, uşaq xəstələnib. İllər keçdikcə saçlar böyüyüb və bir növ quyruğa çevrilib. Onun daha səliqəli görünməsi üçün yeniyetmə onu hörməyə başlayıb.
İndi Barvani əhalisi Sureşi meymun quyruğu olan hindu tanrısı Hanumanla müqayisə edir. Bəziləri ona pərəstiş edir. Oğlan özü isə quyruqdan xilas olmaq istəyir.
Fərid