Hörümçək 64 yaşlı Tayvanlı qadının qulağında məskunlaşıb. Bu barədə NBC News xəbər verir.
Qadın xəstəxanaya gedib və həkimlərə bildirib ki, bir neçə gündür ki, sol qulağında aramsız tıqqıltı və xışıltıdan əziyyət çəkir. Həkimlər xəstənin qulaq kanalını müayinə edib və orada hörümçək aşkar ediblər. Xəstəxana direktorunun qeyd etdiyi kimi, qadın ağrı hiss etməyib, çünki hörümçəyin ölçüsü cəmi iki-üç millimetr olub.
Hörümçək və onun toru qadının qulağından uğurla çıxarılıb.
Fərid