ABŞ-ın Texas ştatında balıqçılar yalın əlləri ilə çəkisi 44 kiloqram olan nəhəng pişik balığını tutublar.

Foodinfo.az bildirir ki, bu barədə “Field And Stream” xəbər verir.
Justin White və Drew Moore Tawakoni gölündəki körpünün beton tağları altında balıq tutmaq üçün gediblər. İlk balıq ovu zamanı orada bir gündə çəkisi 13 kiloqramdan çox olan iki pişik balığı tuta biliblər.
İki həftə sonra bu yerə qayıdan zaman tufan səbəbindən yenidən körpünün altına sığınıblar. Pis hava şəraiti keçəndən sonra balıqçılar sualtı tənəffüs sistemi ilə suya dalıblar. 
Dərinlikdə gizlənən nəhəng balığı aşkar edən balıqçılar onu yalın əl ilə tutaraq sahilə çıxarıblar. 

Qeyd edək ki, bundan əvvəl  2021-ci ildə Oklahoma sakini eyni üul ilə 48 kiloqram çəkisi olan pişik balığı tutumuşdu.

Fərid