Hindistanda doğulan iki başlı buzov ibadət obyektinə çevrilib.
Foodinfo.az xəbər verir ki, bu barədə Newsflare məlumat yayıb.
İyunun 21-də Uttar Pradeş ştatının Manqar kəndində mutant buzov doğulub. Onun alt çənələri ilə birləşən iki başı var ki, onlardan biri yerə doğru tərs çevrilir. Bu inkişaf anomaliyaları olan buzovlar nadir hallarda bir neçə saat və ya gündən çox yaşasalar da, Manqara buzovu doğuşdan bir həftə sonra belə özbaşına ana südü ilə qidalanıb.
İki başlı buzovun görünüşü insanlar tərəfindən ilahi bir işarə kimi qəbul edilib.
Alimlər bu hadisəni polisefaliya adlandırırlar. Bu, müxtəlif heyvan növlərində, o cümlədən pişiklər, keçilər, qoyunlar, siçanlar, quşlar və tısbağalarda, eləcə də insanlarda baş verə bilər. Polisefaliya genetik anormallıq və ya embrional inkişaf zamanı sinir sisteminin zədələnməsi nəticəsində yaranır.
Nərmin