ABŞ-da insan ayağını oğurlayıb yeyən şəxs həbs edilib. Bu barədə HuffPost məlumat yayıb. Hadisə martın 22-də cümə günü bir nəfəri qatarın vurduğu Kaliforniya ştatının Vasko şəhərində baş verib. 27 yaşlı Resendo Tellez hadisə yerinə digərlərindən tez gəlib və relslərdən kəsilmiş ayağını götürüb.
Ətrafdakı bir nəfərin çəkdiyi videoda Tellezin ayağını əllərində səki ilə getdiyi və onu çeynəməyə çalışdığı görünür. Polis maşını ona çatanda o, kəsilmiş ayağını havaya qaldıraraq onu qarşılayıb.
Tellez müqavimət göstərmədən polisə təslim olub. O, cinayət yerindən qanunsuz olaraq sübut ələ keçirməkdə ittiham olunur. Bundan əlavə, o, əvvəllər bir neçə cinayətdə iştirak etdiyinə görə axtarışa verilib.
Fərid