Kentukki Universitetindən (Böyük Britaniya) alim Kennet Kempbell Massaçusets Universitetinin (ABŞ) Çan Tibb Məktəbinin əməkdaşları ilə birgə insan ürəyinin strukturunun 60 illik sirrini açıb. Onlar ilk dəfə olaraq bu orqanın mühüm sahəsinin molekulyar xəritəsini tərtib ediblər. Araşdırmanın nəticələri Nature jurnalında dərc olunub.
Məlum olub ki, ürək əzələlərinin əsas elemetləri sarkomerlərin tərkib hissəsi olan kiçik strukturlar miyozin filamentlərinin simulyasiyası imiş. Bu zəncirlərin hər birində elm adamlarının onilliklər boyu anlamağa çalışdıqları kompleks bir quruluşda düzülmüş təxminən 2000 molekul var. Xüsusilə, miozin zülallarının xüsusi strukturlarda birləşərək altı qrupda yerləşə biləcəyi güman edilirdi. Ancaq indi məlum oldu ki, üç növ miozin assosiasiyası mövcuddur.
Kəşf struktur, fizioloji və klinik tədqiqatlar üçün yeni əsas yaradır. O, həmçinin ürək əzələsinə əvvəlcədən düşünüldüyündən daha dəqiq nəzarət imkanını nümayiş etdirir.
Leyla