Al Paçino və Robert de Niro kimi ulduzlar müvafiq olaraq 83 və 79 yaşında ata olublar. Bu onu deməyə əsas verir ki, kişilər övlad sahibi olmaq istəyirlərsə, yaş onlar üçün maneə deyil. Amma hər şey bu qədər sadədirmi?

Foodinfo.az məlumat verir ki, hazırda kişilərin ata olduöu orta yaş 34-dür. Qadınlar isə orta hesabla 31 yaşında uşaq dünyaya gətirirlər.

Qadınların yumurtalıqlarında da məhdud sayda yumurta var, kişilər isə istənilən qədər sperma istehsal edə bilirlər. Yaşla kişilərin məhsuldarlığı azalır, lakin bu, tədricən baş verir. 30 yaşından sonra testosteron səviyyəsinin ildə 1-2% azaldığı hesab olunur.

Böyük bir araşdırma göstərir ki, 40 yaşından sonra kişilərdə testosteron səviyyəsi orta hesabla artıq azalmır. Lakin zaman keçdikcə spermatozoidlərin sayı da, keyfiyyəti də azalır. Nəticə etibarı ilə, yaşlı kişi nəzəri cəhətdən ata ola bilsə də, bu, gənc biri üçün olduğu qədər asan olmaya bilər.

Bir yumurtanın döllənməsi üçün yalnız bir sağlam sperma hüceyrəsi lazımdır. Buna görə də, kişi hər yaşda qadını ana edə bilər. Bununla belə, 2020-ci ilin araşdırmasında qeyd olunur ki, yaşla uşağın düşmə riski artır. Yaşlı atalardan doğulan uşaqlarda illərlə yığılan genetik mutasiyalarla əlaqəli ola biləcək xəstəliklərin inkişaf riski daha yüksək olduğuna dair kifayət qədər sübutlar var. Urək qüsurları və psixi pozğunluqlar ən yayğın xəstəliklərdəndir.

Fərid