“Meta” korporasiyasının rəhbəri Mark Zukerberq məşq zamanı çarpaz bağlarını zədələyib. O, xəstəxanaya yerləşdirilib.

Zukerberq xəstəxanadan fotosunu paylaşıb.

Zukerberq cümə günü “İnstaqram” səhifəsində yazıb: "Sparrinq zamanı çarpaz bağımı yırtdım və onu bərpa etmək üçün əməliyyatdan yenicə çıxdım”.

O, gələn ilin əvvəlində baş tutmalı olan MMA döyüşünün (Tesla və X sosial şəbəkəsinin sahibi İlon Maskla – red.) təxirə salınacağını əlavə edib.