Qırmızı soğanda bədənimiz üçün çox zəruri olan antioksidanlar, lif və su var. Qırmızı soğan hətta sizi susuzlaşdırmadan qoruya və immunitet sisteminizi gücləndirə bilər. Bədənin ehtiyac duyduğu suyu təkcə içkilərdən deyil, həm də qidalardan alırıq.
Foodinfo.az xəbər verir ki, çiy soğanın tərkibində yüksək miqdarda su var ki, bu da isti havalarda belə bədəninizin nəmli qalmasına kömək edəcək. Və ən əsası, soğan suyunun tərkibində susuzlaşmadan qorunmağa kömək edəcək elektrolitlər, yəni kalium var.
Fakt budur ki, qırımızı soğan tərləməni stimullaşdıran, dərimizin səthindən tərin buxarlanması səbəbindən bədən istiliyinin aşağı düşməsinə kömək edən quercetin və kükürd kimi birləşmələri buraxır.
Salatlara, sendviçlərə və ya soyuq şorbalara soğan əlavə etmək, onların soyuducu xüsusiyyətlərini artıra bilər.
Çiy soğan C vitamini, antioksidantlarla zəngindir. Antioksidanların bədən hüceyrələrini oksidləşdirici stresdən qoruduğu, infeksiya riskini azaltdığı bilinir.
Heç kimə sirr deyil ki, həzm sistemimizin düzgün işləməsi və sağlam olması üçün lifə ehtiyacı var. Bağırsaqların nizamlı hərəkətini təmin edir və qəbizliyin qarşısını alır. Bundan əlavə, soğanın tərkibində yağların parçalanmasına kömək edən fermentlər var ki, bu da qidaların həzmini asanlaşdırır.