Bu içki yaxşı selikqovucudur. Orqanizmdə artıq selik yaxşı əlamət deyil. Kim ki, çox bişmiş qidalar, qızarmış yemək, şirniyyat yeyir, onun orqan və toxumalarında, bağırsaqlarında çox selik toplanır. AzFood orqanizmi təmizləyəcək resepti təqdim edir: Lazımdır: - limon – yarısı - Zəncəfil – 2 sm-lik bir hissə - Mixək – 3 ədəd - Bal – 2 çay qaşığı - Su – 1 litr Hazırlanması: Mixəklər isti suda gecədən səhərə kimi islağa qoyulur. Bu suyu mixəklərlə birgə blenderə alınır, üzərinə qabıqlı doğranmış yarım limon, bal və zəncəfil əlavə olunur. Sonra üzərinə isti su alınır, blenderdə qarışdırılır və süzgəcdən süzülür. Çox ətirli içki alınır. İçki gündə 3 dəfə, ilk dəfə elə səhər acqarına olmaqla aramla, qurtumla, ağızda saxlanılmaqla içilir. Hər gün üçün təzə içki hazırlanmalıdır.   Nurlan