Müştəri “Özsüt” restoranlar şəbəkəsinin “Gənclik Mall”da yerləşən filialından şikayətlənir.
Foodinfo xəbər verir ki, məlumata görə, şikayətini sosial şəbəkə vasitəsilə yayan qadın restoranda yediyi pizzadan kauçuk çıxdığını bildirib.
Onun sözlərinə görə, restoran əməkdaşlarına etirazını bildirsə də, heç bir tədbir görülməyib.
"PİZZANIN ÜZƏRİNDƏKİ QURUMUŞ PENDİR OLUB"
İddia ilə bağlı olaraq "Özsüt Azərbaycan" şirkətinin Marketinq şöbəsinin meneceri Nigar Abdullayeva "Marja"ya bildirdi:
"Özsüt restoran şəbəkəsi daim təqdim etdiyi məhsulların və xidmətinin keyfiyyətinin yüksək olması üzərində çalışır. Hər hansı kiçik anlaşılmazlıqlar və ya xoşagəlməz hadisələr zamanı dərhal araşdırmalar aparıb müştərilərə geri dönüş edilir. Eyni şəkildə dünən müştəri tərəfindən gələn şikayətə baxıldı, ilk öncə şöbə rəhbəri ilə əlaqəyə keçdik, iddiaların doğru olmadığını gördükdən sonra rəhbərlik səviyyəsində daxili araşdırmalara keçildi. Kameraların görüntülərinə baxıldı, informasiya toplanıldı. Xanımın bildirdiklərinin heç birinin doğru olmadığı aşkarlandı. Təqdim edilən videolarda da bununla tanış ola bilərsiniz. Kamera görüntülərində də göründüyü kimi, xanım pizzanın yarısından çoxunu yedikdən sonra ofisiantı çağırır və pizzanın üzərindəki qurumuş Mazorella pendirinin ( pizzanın bişərkən kənarında qalan hissəsindən) bir hissəsi olduğunu bildirir. Xanım pizzanı yeməyə davam edir. Sonda bir dilim qabda saxlanılır. Və xanım ödənişi edərək kənarlaşır. Özsüt olaraq xanıma geri dönüş etdik, mülayim şəkildə məlumatı bildirdik. Lakin xanım iddiasından geri dönmədiyi üçün biz marka dəyərimizi qorumaq naminə bu videonu paylaşmaq məcburiyyətində qaldıq".
Son xəbərlər
- Ət üçün daha ucuz və sağlam əvəzedici
- Kişi timsahla “döyüşərək” həyatını xilas edib
- Kosmetoloq dəri üçün faydalı və zərərli məhsullardan danışıb
- İmmuniteti gücləndirən məhsulları siz də tanıyın
- Diyetoloq keyfiyyətsiz qozun zərərlərindən danışıb
- Ən faydalı göbələk: Çox antioksidant ehtiva edir