Böyük Britaniyada Carmarthenshire əyalətindən olan 75 yaşlı kişi qaçan inək tərəfindən tapdalanıb. Bu barədə “Metro” məlumat yayıb.

Pensiyaçı Hyu Evans Wheatland əyalətində yolu keçərkən heyvanın hücumuna məruz qalıb. Kişinin çoxsaylı qabırğası sınıb və xəstəxanaya aparılıb. Həkimlər altı gün onun həyatı üçün mübarizə aparsalar da, aldığı xəsarətlər çox ağır olub.

Noyabrın 8-də yerli hakimiyyət orqanları istintaqın nəticələrini təqdim edib və şahidlərin ifadələrini dinləyiblər. Məlum olub ki, inək yerli bazarda sahibindən qaçıb. Heyvan qoşquya yüklənəndə sakit olub, lakin şəhərdə qəfil qaçmağa başlayıb.

Hadisədən sonra şəhər rəhbərliyi vətəndaşları qorumaq üçün bazar sahibinə əlavə qoruyucu barmaqlıq quraşdırmağı tapşırıb.

Nurlan