Menorragiya adlanan, şiddətli qanaxmayla keçən, uzun menstruasiya qadınlarda problem ola bilər. 

Foodinfo.az xəbər verir ki, bu barədə "Remedi" Reproduktiv Tibb İnstitutunun mama-ginekoloqu Mariya Selixova uşaqlıq yolu xərçənginin əlamətlərindən danışışarkən deyib.

Belə ki, menstruasiya yeddi gündən çox davam etdikdə və ya bez 1-2 saata dolduqda buna  bədxassəli şişlər, o cümlədən endometrium və ya uşaqlıq boynu xərçəngi səbəb ola bilər.

Menorragiya qadınlar üçün təhlükəlidir, çünki bu, həyat keyfiyyətinin azalmasına və anemiyanın inkişafına səbəb ola bilər. Bu problem endometriya, hiperplaziya, uşaqlıq boynu xərçəngi, yumurtalıq kistləri kimi müxtəlif xəstəliklərin əlaməti ola bilər. 

Risk qrupuna hər yaşda olan qadınlar daxildir, lakin polikistoz yumurtalıq sindromu, endometrioz və ya uşaqlıq mioması olanlar, həmçinin artıq çəkili, insulin dirənci olan və ya II tip diabetdən əziyyət çəkən qadınlar xüsusilə həssasdırlar.

Menorragiya diaqnozu və müalicəsi üçün müxtəlif üsullardan, o cümlədən pelvik ultrasəs, boru biopsiyası, endometriya və hormonal fonun qiymətləndirməsindən istifadə olunur. Müalicə xəstənin vəziyyətini yaxşılaşdırmağa və qadın orqanlarında mümkün problemləri müəyyən etməyə kömək edən hemostatik terapiya və digər prosedurları əhatə edə bilər.

Leyla