Qanın və damarların təmizlənməsi son zamanlar dəbli mövzuya çevrilib. Hər kəs tutulan damarları açmaq, qan dövranını təmizlətməklə sağlamlıq barədə düşünür. Hətta bunun üçün bəzi üsullar, prosedurlar, dərmanlar, xalq təbabəti üsulları da təklif olunur. Bəs görəsən ümumiyyətlə, insanın həyat mənbəyi olan qan dövranının təmizləmək nə qədər realdır. Foodinfo.az medicina.az-a istinadə qan dövranı və damarların necə çirklənməsi və tutulmasını araşdırıb. Pis xolesterin yığnaqları qan dövranına düşüb, əsas arteriyaları zamanla tıxayır. Onlar yağ topaları kimi damarların divarlarını kirəcləyir, bu zaman qan damarlarla gec hərəkət edir, qatılaşır, tromb yaranır, orqanlara az qan və oksigen çatır. Çox hallarda tromb damarı tam tıxayaraq, beyin insultu və ürək infarktı yaradır.
Bəs nə etməli?
Əgər qanda pis xolesterin çoxdursa və artıq damar divarlarına yapışıbsa, onur ordan hansısa dərmanla, bitki ilə yuyub aparmaq olarmı?
Alimlər bildirir ki, damarları incə boru kimi təsəvvür etsək, əgər orda ateroskleroz tutulmaları, xolesterin topaları və tromb əmələ gəlibsə, onu borular necə fırça ilə təmizlənirsə, ancaq elə təmizləmək olar. Bu yol tibdə cərrahi yoldur. Onları heç nə ilə həll etmək olmaz.
Ona görə aterosklerozun qarşısını almaq üçün vaxtında xolesterini, lipid səviyyəsini nəzarətdə saxlayıb, təhlükəli həddə çatmağa imkan verməməkdir.
Bunun üçün bitkilərdən sarımsaq və zəncəfil, qanda lipoproteimləri aşağı dərəcəyə endirir. Lakin tibdə kliniki olaraq bu bitkilərdən və bunlardan ibarət preparatlardan söhbət belə getmir, yəni istifadə olunmur. Ona görə də qanını zərərli xolesterindən təmizləmək istəyənlər onu qanda analizlə səviyyəsini yoxladıb, əgər yuxarıdırsa, 4-5 mmol/litrə endirmək üçün hələ ki, sarımsaq və zəncəfillə kifayətlənə bilərlər.
Bəs tibbi metodlar nədir?
Əgər damarlarda tromb varsa və vəziyyət kritikdirsə, pasiyent xəstəxanaya çatdırılıb, təcili əməliyyata alınır. Beyindədirsə invaziv radioloqlar damarı açır, ürəkdədirsə, kardiocərrahlar şuntlama və stendləmə aparır. Ayaqlarda olan damar tutulması və trombları da fleboloqlar həll edir. Bunun üçün çoxlu yeni cərrahi metodlar var. Ona görə bu həddə çatmaq istəmirsizsə, il ərzində qanda qlükoza, xolesterin, lipid səviyyəsindən analiz verib, təzyiqi nəzarətdə saxlayacaqsız. Bu problemlə məşğul olan həkim isə kardioloqdur.