
Avstraliyanın "Camponotus inflatus" adlanan bal qarışqalarının balı antibakterial xüsusiyyətlərə malikdir.
Foodinfo.az xəbər verir ki, bu qənaətə Sidney Universitetinin alimləri gəlib. Onların araşdırmasının nəticələri "PeerJ" jurnalında dərc olunub.
Sözügedən qarışqaların qarınları böyüyür. Burada qida çatışmazlığı zamanı bütün koloniyanı qidalandıran karbohidrat ehtiyatı yığılır. Alimlər Avstraliyanın yerli əhalisinin niyə bu qarışqalardan müalicə üçün istifadə etdiyini öyrənmək qərarına gəliblər.
Məlum olub ki, bu qarışqaların balının 8%-lik məhlulu hətta qızılı stafilokokk bakteriyalarını da məhv edir. Göbələk hüceyrələrini isə 16%-lik məhlul çməhv edib.
Lakin maraqlıdır ki, bu balda elmə məlum mikrob əleyhinə maddələr azdır, ona görə də mikrobları dəqiq nəyin öldürdüyü hələ aydın deyil.
Nurlan