Azərbaycan Respublikasının Qida Təhlükəsiliyi Agentliyi (AQTA) tərəfindən ölkə ərazisinin yüksək patogen quş qripi xəstəliyindən qorunması məqsədilə keçən ilin 16-20 dekabr tarixlərində keçirilən epizootoloji monitorinqlərin nəticələri açıqlanıb.
Foodinfo xəbər verir ki, Abşeron yarımadasında, Şabran, Ağcabədi, Salyan və Lənkəran rayonlarındakı Milli park və təbiət qoruqlarında, su-bataqlıq ərazilərində, eləcə də respublikamızın dənizsahili zonalarının ərazilərində aparılan monitorinqlər zamanı çöl quşlarına ümumi baxış keçirilib. Epizootoloji məlumatlar toplanaraq təhlil edilib, habelə təsadüfi qaydada ovlanmış müxtəlif növlərə aid 64 baş çöl quşundan patoloji material götürülüb. Həmin müddətdə Abşeron, Şabran, Salyan, Lənkəran və Ağcabədi rayonlarındakı ailə təsərrüfatlarında 250 baş müxtəlif növ quşdan, Sumqayıt şəhəri, Abşeron, Lerik, Cəlilabad, Sabirabad, Hacıqabul, Xızı, Siyəzən və Şabran rayonlarında yerləşən sənaye əsaslı iri quşçuluq müəssisələrində və kiçik həcmli kommersiya tipli 14 quşçuluq təsərrüfatında 210 baş ev quşundan qan nümunələri götürülərək seroloji monitorinqlər də keçirilib.
Monitorinqlər müddətində çöl quşlarından götürülmüş patoloji materiallar Biotəhlükəsizlik çadır tipli səhra (mobil) laboratoriyasında, ev quşlarından alınan diaqnostik nümunələr isə Biotəhlükəsizlik səyyar laboratoriyasında müayinə edilib. Müayinə zamanı yüksək patogen quş qripi xəstəliyinin törədicisi aşkar olunmayıb.
Qeyd edək ki, keçirilən monitorinqlər çərçivəsində xəstəlikdən tələf olan quşlara rast gəlinməyib.
Nurlan
Son xəbərlər
- Ət üçün daha ucuz və sağlam əvəzedici
- Kişi timsahla “döyüşərək” həyatını xilas edib
- Kosmetoloq dəri üçün faydalı və zərərli məhsullardan danışıb
- İmmuniteti gücləndirən məhsulları siz də tanıyın
- Diyetoloq keyfiyyətsiz qozun zərərlərindən danışıb
- Ən faydalı göbələk: Çox antioksidant ehtiva edir