Açıq gözlü insanların alkoqoldan asılılıq riski qara gözlü insanlardan daha yüksək olduğu məlum olub.

 Tədqiqatçılar minlərlə alkoqol aludəçisinin məlumat bazasını araşdırarkən maraqlı bir kəşf ediblər.

Foodinfo.az-ın xəbərinə görə, araşdırma göz rəngi ilə alkoqol asılılığı arasında bir əlaqə olduğunu sübut edib.

Nəticələrdən əmin olmaq üçün araşdırmaları üç dəfə yoxlayan tədqiqat qrupunun fikrincə, bu kəşfə görə, açıq gözlü insanlar qara gözlü insanlardan daha çox spirt asılılığı riski altındadır.

Yaşıl və mavi gözlü insanlar ilə alkoqol asılılığı arasında güclü bir əlaqə var, qara və qəhvəyi gözlü insanlar isə alkoqolizm riski əhəmiyyətli dərəcədə aşağıdır.