Əgər saçlarınızı yaxşı kəsməyiblərsə, çox güman ki, onların tez uzanmasını istəyəcəksiniz. Lakin bu, ilin fəsli daxil olmaqla, bir çox amillərdən asılıdır.

Foodinfo.az oxuculara mövzu ilə bağlı maraqlı  məlumatları təqdim edir.

Belə ki, saçların nə qədər tez uzandığı barədə sualın universal bir cavabı yoxdur. Saçların uzanma sürəti yaş, irq, pəhriz və hormonlarınızdan asılıdır. 

Buna baxmayaraq, alimlər sağlam insanlar üçün standart saç uzanma sürətini müəyyən ediblər. Normalda sağlam saçlar günə 0,35 mm sürətlə uzanır. Yəni həftədə saçlar 2,45 mm, ildə isə 12,775 sm uzanır.

Elmi araşdırmalar göstərir ki, insanın etnik və coğrafi mənşəyi də saçların uzanmasına təsir göstərə bilər.

Saçların uzanma sürəti, həmçinin, yaşdan da çox asılıdır. Zamanla saçlar daha yavaş uzanmağa başlayır və nazikləşirlər. Bəzi follikullar ölür, bu isə keçəlliyə səbəb ola bilər.

Məlumdur ki, hamiləlik dövründə qadınların saçları daha tez uzanır və gürlaşa bilər. Kimyaterapiyadan sonra da saçlar fərqli şəkildə uzanmağa başlaya bilər.

Qızdırma, infeksiyalar, əməliyyatlar, ağır xəsarətlər, doğuşdan sonrakı hormonal dəyişikliklər, hipotireoz zamanı, ciddi pəhriz, az protein qəbulu, ağır metal qəbulu və dəmir çatışmazlığı zamanı, eləcə də estrogen tərkibli dərmanları dayandırdıqdan sonra,saçlar daha yavaş uzana və ya hətta tökülə bilər. .

Britaniyanın dermatologiya jurnalında dərc olunan araşdırma göstərir ki, insanların saçları ən çox avqust-sentyabr aylarında tökülür.

Leyla