Yüksək təzyiq xəstəliyinin müalicəsi üçün əvvəlcə yediklərinizə diqqət etməlisiniz.
Foodinfo xəbər verir ki, duz, şəkər, doymuş yağlardan normadan artıq istifadə etmək olmaz. Eyni zamanda, hər gün özünüzü yormadan idmanla məşğul olmağınız məsləhətdir. Həkimlər deyir ki, bir çox araşdırmaya görə, ürək sağlamlığını qoruyan güclü qidalardan biri sarımsaqdır. Sarımsaq sayəsində yüksək xolestrol səviyyəsi nəzarət altına alınır və qan dövranı normal səviyyəyə gəlir.
Yüksək təzyiq xəstəliyini xalq təbabəti üsulları ilə müalicə etmək istəyirsinizsə, sarımsaqdan istifadə edə bilərsiniz.
Lazım olan məhsullar:
-20 baş soyulmuş sarımsaq
-1 lt zeytun yağı
-Şüşə qab
Hazırlanması çox sadədir. Sarımsaqları təmizləyib 2 yerə bölün. Şüşə qaba atıb üzərinə zeytun yağı tökün. 3 həftə saxladıqdan sonra hər gün 2 dilim çörəyin üzərinə sürtüb yeyə bilərsiniz.
Nurlan
Son xəbərlər
- Ət üçün daha ucuz və sağlam əvəzedici
- Kişi timsahla “döyüşərək” həyatını xilas edib
- Kosmetoloq dəri üçün faydalı və zərərli məhsullardan danışıb
- İmmuniteti gücləndirən məhsulları siz də tanıyın
- Diyetoloq keyfiyyətsiz qozun zərərlərindən danışıb
- Ən faydalı göbələk: Çox antioksidant ehtiva edir