Daha çox park olan ərazidə yaşayan insanlar, yaşıllığın daha az olduğu yerdə yaşayanlardan orta hesabla bioloji olaraq 2,5 il daha cavandırlar. ABŞ-ın Şimal-Qərb Universitetinin alimləri ölkənin dörd şəhərindən olan 924 nəfərin iştirakı ilə aparılan araşdırma nəticəsində bu qənaətə gəliblər.

Foodinfo.az xəbər verir ki, nəticələr "Science Advances" jurnalında dərc olunub.

Müəlliflər 1986-2006-cı illər ərzində baş verən DNT modifikasiyasını tədqiq ediblər və peyk görüntülərindən istifadə edərək, tədqiqatın yaşayış yerindən beş kilometr radiusda böyük parkların mövcudluğunu və bitki örtüyünün ümumi miqdarını hesablayıblar. Digər məlumatlar, xüsusən təhsil, siqaret, gəlirlər də nəzərə alınıb.

Məlum olub ki, daha yaşıl ərazilərdə yaşayanlar bioloji cəhətdən orta hesabla iki il yarım daha cavandırlar və qadınlarda bioloji yaşın azalması kişilərə nisbətən daha çoxdur. 

Buna əsaslanara, alimlər belə qənaətə gəlirlər ki, düzgün qidalanma, idman və yaxşı yuxu ömrün uzanması üçün kifayət etmir, yaşıllıq ərazilərinin, parkların sayını da artırmaq lazımdır.

Fərid