Böyük Britaniyanın Oldham şəhərinin 41 yaşlı sakini evinə dolan siçovullara görə uşaqları ilə üç ay otellərdə yaşayıb.
Foodinfo.az bildirir ki, bu barədə Manchester Evening News xəbər verir.
2022-ci ilin oktyabrında Teren Şou on yaşlı qızı Meqan və yeddi yaşlı oğlu Cozeflə birlikdə Limeside yaşayış kompleksindəki yeni evə köçüb. Qadın otağa girən kimi mətbəxdə çoxlu deşiklər və divarlardan asılmış rozetkalar görüb. Tezliklə anlayıb ki, yeni evini siçovullar zəbt edib.
Siçovullarla yanaşı, Şou başqa problemlərlə də üzləşib. Qadının sözlərinə görə, uşaqları mütəmadi olaraq həşərat dişləməsindən şikayətlənirdilər. Bir müddət sonra otaqda kanalizasiya borusu partlayıb. Bütün bunlar qadını və ailəsini evdən köçməyə, eləcə də çoxlu zədələnmiş əşyaları və uşaq oyuncaqlarını atmağa məcbur edib.
Şou 12 həftə otellərdə yaşamaq məcburiyyətində qalıb. Qadın iddia edir ki, şiddətli stress səbəbindən onda epileptik tutmalar və mədə iltihabı başlayıb. Həkimlər bunun kanalizasiya fasiləsindən sonra çirkli suyun istifadəsi ilə bağlı baş verdiyini ehtimal edirlər.
Qeyd olunur ki, son illər Limeside sakinləri dəfələrlə siçovulların istilası ilə qarşılaşıblar. Zərərvericilər mebelləri dişləyir, zibil qutularına dırmaşır, həmçinin uşaqların yanına qaçırlar. Yaşayış kompleksinin idarəçiliyindən verilən məlumata görə, hazırda gəmiricilərin məhv edilməsi üçün tədbirlər görülüb.
Nurlan