Kimba adlı qoca iri şir sirkdən qaçaraq Romadan 60 kilometr aralıda yerləşən dənizkənarı Ladispoli şəhərinin küçələrində bir neçə saat gəzib. Bu barədə “La Repubblica” qəzeti yazıb.
Noyabrın 11-i günortadan sonra Kimba sirk işçilərinin açıq buraxdıqları qəfəsdən çıxıb. Ətrafdakı əkin sahələrini gəzdikdən sonra şir şəhərin məhəllələrinə daxil olub. Ladispoli şəhərinin meri Alessandro Qrando vətəndaşları evlərini tərk etməməyə və diqqətli olmağa çağırıb.
Helikopter və gecəgörmə cihazları vasitəsilə aparılan axtarış əməliyyatı nəticəsində heyvan 6 saat sonra yaxalanıb. Polis və baytarlardan ibarət xüsusi qrup şiri müvəqqəti evtanaziya edib.