İllinoys Universitetinin alimləri tərəfindən aparılan tədqiqatlar nəticəsində burger və pitsa kimi zərərli yeməklərin istifadəsinin tez bir zamanda ürək-damar sistemində mənfi dəyişikliklərə gətirib çıxaracağı məlum olub. Foodinfo.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu zaman damarlar daha az elastik olur. Aparılan hər iki tədqiqatın nəticəsi birmənalı olaraq, aşağı sıxlıqlı lipoproteinlərin (ASLP) zərərli olmasını və onların daha az yayılan oksidləşdirilmiş versiyasını göstərib. Birinci tədqiqat çərçivəsində laboratoriya siçanlarını (iki qrupda) balanslaşdırılmış qida ilə yedizdirib və yaxud da Qərb diyetasında (yağ və karbohidratlar çox, zülal az; əsasən fastfud) saxlayıblar. İkinci qrupda da elastiklik kifayət qədər tez itirilib. Öz növbəsində, insanın endotelial hüceyrələri ilə aparılan işlərdə məlum olub ki, ASLP və onların oksidləşdirilmiş versiyası hüceyrə membranlarını daha bərk və qalın olmağa məcbur edir. Birlikdə onların mənfi effekti güclənib. Bununla belə, hüceyrə membranını pis tərəfə dəyişmək üçün çox cüzi miqdarda oksidləşdirilmiş ASLP kifayət edir. Məlumdur ki, oksidləşdirilmiş ASLP damarda yığılmaların və tıxanmaların əmələ gəlməsinə səbəb olur.