
Yay vaxtı günəşin şüaları telefonun həddindən artıq qızmasına səbəb olur.
Foodinfo.az xəbər verir ki, “Texnologiya möcüzəsi” proqramının aparıcısı, elektronika mütəxəssisi Sergey Malozyomov qızan telefondan istifadənin zərərləri barədə danışıb.
Onun sözlərinə görə, belə halda istifadə qadcetə, xüsusən də onun batareyasına ziyandır. Bəzi insanlar telefonu soyuducuya qoyurlar, lakin bunun özü də qısaqapanmaya səbəb ola bilər. Çünki soyuducu həddindən artıq soyutma yaradır və telefon oradan çıxarıldıqda onun üzərində kondensasiya yaranmağa başlayır. Belə temperatur dəyişikliyinə hər telefon tab gətirə bilmir.
Ekstremal tədbirlər əvəzinə, ekspert sadə bir yol təklif edir: telefon həddindən artıq qızıb sönsə, onu sadəcə bir müddət kölgədə saxlamaq kifayətdir. Bir neçə dəqiqədən sonra cihaz özü soyuyacaq və normal işləməyə başlayacaq. Lazımsız təcrübələr keçirməklə telefonunuzu xarab etməyə dəyməz. Qadcetlərlə diqqətli olmaq lazımdır ki, daha uzun müddət xidmət etsinlər.
Fərid