Əslində bədən tərimizin heç bir qoxusu yoxdur, lakin dəridəki bakteriyalarla qarışdıqda, bir qoxu ala bilər. Əgər tərinizdən fərqli qoxu gəlməyə başlayıbsa, bu, orqanizmdəki ciddi problemlər barədə xəbərdarlıq ola bilər.
Foodinfo.az xəbər verir ki, bu barədə "Dr Fox" onlayn aptekinin həkimi Debora Li danışıb.
Asetonun qoxusu. Bu, şəkərli diabetin mövcudluğunu göstərə bilər. Yüksək qan şəkəri olan insanlar diabetik ketoasidoz (DKA) riski altındadırlar. Bu zaman orqanizm enerji almaq üçün karbohidratlar əvəzinə yağ yandırmağa məcbur olur. Nəticədə aseton qanda toplanır və tərlə xaric olur.
Ammonyak qoxusu verən tər böyrək çatışmazlığının göstəricisi ola bilər. Üstəlik, kəskin böyrək çatışmazlığı bəzən birdən baş verir.
Çürük iyi verən tər. Sarımsaq və çürük yumurtaları xatırladan qoxu ağır qaraciyər xəstəliyindən xəbər verir. Bu, insan qaraciyərinin kükürd ifraz edə bilməməsi və tərlə dimetilsulfidi xaric etməsi ilə bağlıdır.
Leyla