"TikTok" sosial şəbəkəsi özünün "TikTok Music" servisini təqdim edib.
Foodinfo.az xəbər verir ki, "Spotify"-ın analoqu olan yeni platforma hələlik yalnız Braziliya və İndoneziyada əlçatandır.
Yeni xidmət indidən istifadəçilərinə "TikTok" hesablarını sinxronlaşdırmaq, musiqi dinləmək, yükləmək və paylaşmağı təklif edir.
"TikTok Music"ə "Universal Music Group", "Warner Music Group" və "Sony Music" kimi nəhəng səsyazma şirkətlərinin kataloqları daxildir. Bu platforma, həmçinin, fərdi tövsiyələr, mahnıların sözləri, birgə pleylistin yaradılması və mahnıların sözlərlə axtarışı kimi bir sıra faydalı funksiyaları təklif edir.
Artıq musiqinin kəşfi və populyarlaşdırılmasındakı rolu ilə tanınan "TikTok" yeni "TikTok Music" servisini işə salmaqla "Spotify" və" Apple Music" kimi böyük platformaların istifadəçilərini özünə cəlb etməkdə iddialıdır.
Bununla belə, bu rəqabət məkanında uğur qazanmaq üçün "TikTok", istifadəçiləri cəlb edən unikal xüsusiyyətlər və üstünlüklər təqdim etməlidir.
Hazırda "TikTok Music"ə abunə olmaq üçün ayda 2,96-3,49 dollar ödənilməlidir.
"TikTok"un bu platformasının digər ölkələr üçün nə zaman əlçatan olacağı məlum deyil.
Natəvan