Hindistanın Racastan ştatının Kota şəhərinin sakini Hovind Şarma tualetə girərkən orada nəhəng kobranın olduğunu görüb.
Foodinfo.az xəbər verir ki, bu barədə "DNA India" məlumat yayıb.
Tualetin su buraxma düyməsinin yanında olan bir yarım metrlik ilanı görən kişi dərhal mütəxəssisləri çağırıb. Onlar zəhərli kobranı tutaraq cəngəlliyə aparıb və təbiətə buraxıblar.
Bildirilir ki, yağışlı mövsümdə yüksək rütubət səbəbindən ilanlar tez-tez yaşayış yerlərində sığınacaq axtarırlar. Onlarla qarşılaşma ehtimalını minimuma endirmək üçün evi mütəmadi olaraq yoxlamaq, səliqəli saxlamaq və dəlikləri bağlamaq tövsiyə olunur.
Fərid