Samara Universitetinin (SamDU) mütəxəssislər qrupu insan dərisini müayinə edərək xroniki ürək çatışmazlığını aşkar etməyin yeni üsulunu tapıb. 

Foodinfo.az xəbər verir ki, ürək çatışmazlığı ürəyin qanı damarlara lazım olan miqdarda pompalaya bilməməsidir. Simptomlar hələ o qədər də aydın olmayan erkən mərhələlərdə onu müəyyən etmək xüsusilə vacibdir.

Belə ki, alimlər insan dərisindən alınan unikal spektrdə dəyişiklikləri aşkar edən xüsusi lazer sensoru hazırlayıblar. Əvvəlcə xəstənin ön qolunun iç hissəsində dəqiq lazer ölçmələri aparılıb. Lazer radiasiyası dəri toxumaları ilə qarşılıqlı əlaqədə olub, onların tərkibindən asılı olaraq enerjisini dəyişib. Daha sonra alimlər maşın öyrənmə üsullarından istifadə edərək xroniki ürək çatışmazlığı olan və olmayan xəstələrin dərisinin spektral profillərini müqayisə edərək təhlil ediblər.

Tədqiqatın nəticələrinə görə, alimlər ürək çatışmazlığı olan xəstələrdə dərinin spektral profillərində xarakterik fərqləri müəyyən edə biliblər. Onlar dəqiqliyi artırmaq və bu vəziyyətin erkən diaqnozuna kömək etmək üçün bu üsulu daha da təkmilləşdirmək niyyətindədirlər. 

Ümid edilir ki, bu yanaşma insanlarda ürək problemlərini simptomlar görünməzdən əvvəl müəyyən etməyə kömək olacaq.

Leyla