Rusiyanın Ufa şəhərində uzatma kabelinə qoşulu qalan şarj cihazı yanğına səbəb olub.
Foodinfo.az xəbər verir ki, mənzilə ciddi ziyan dəysə də, evdə olan 4 nəfər xilas edilib.
Yanğınsöndürənlər gələnə qədər ikisi uşaq olmaqla 6 nəfər pilləkənlərlə binanı tərk edib.
Hadisə yerinə yetişən Fövqəladə Hallar Nazirliyinin əməkdaşları 15 dəqiqə ərzində yanğını söndürə biliblər.
Faktla bağlı araşdırma aparılır.
Bu hadisə elektrik cihazlarından istifadə edərkən hər zaman diqqətli olmaq, şarj cihazlarını və uzatma kabellərini uzun müddət nəzarətsiz qoymamaq və elektrik şəbəkəsinə qoşulu saxlamamaq üçün xatırlatma ola bilər.
Leyla