“WhatsApp” bəzi istifadəçilərin narazılığına cavab olaraq, videomesajlaşma funksiyasını söndürmək imkanı yaradacaq.
Foodinfo.az xəbər verir ki, istifadəçilər hər iki funksiyanın düyməsi eyni yerdə olduğu üçün səsli mesaj göndərmək əvəzinə təsadüfən videomesaj göndərdiklərindən şikayətləniblər.
Bu səbəbdən də "WhatsApp" videomesajlaşma funksiyasını istəyə bağlı edəcək. Bu funksiyanı söndürmək üçün keçidi parametrlərdə tapa bilərsiniz.
Belə bir dəyişiklik mikrofon işarəsinə əvvəlki funksiyanı qaytaracaq - onu basıb saxlamaqla səsli mesaj atmaq olacaq. Lakin videomesajlaşma funksiyası söndürüldükdə belə, istifadəçilər onlara göndərilən videomesajları qəbul edə biləcəklər.
"WhatsApp"ın beta-versiyasında artıq bu funksiyadan yararlanmaq mümkündür. Yaxın zamanda isə bu, digərləri üçün də əlçatan olacaq.