“WhatsApp” komandası “Google Play Beta” proqramı vasitəsilə messencerin yeni 2.23.14.12 versiyasını təqdim edib.
Foodinfo.az xəbər verir ki, burada "Material Design 3" təlimatlarına uyğunlaşmaq üçün istifadəçi interfeysində əhəmiyyətli dəyişikliklər edilib.
Daha öncə "WhatsApp" yenilənmiş keçidlər və fəaliyyət düymələri olan fərqli interfeys təqdim etmişdi. İndi isə, "Google"un dizayn qaydalarına uyğun olaraq, buradakı xəbərdarlıqlar küncləri dairəvi olan pəncərədə görünəcək.
Beləliklə, yenilənmiş tətbiqdaxili bildirişlər "WhatsApp"a daha müasir və görünüş verir. Bu təkmilləşdirmə vizual estetikanı yaxşılaşdırmaqla yanaşı, tətbiq daxilində oxşarlığı da təmin edir.
Qeyd edək ki, hələlik bu dizayn "Google Play Store"dan Android üçün "WhatsApp" ən son yenilənməsini yükləyən beta-sınaqçılar üçün əlçatandır. Lakin bu yenilik tezliklə bütün istifadəçilər üçün əlçatan olacaq.
Nurlan