ABŞ-ın Tennessi ştatındakı Brights zooparkında xalsız zürafə doğulub.
Foodinfo.az xəbər verir ki, bu barədə “New York Post” məlumat yayıb.
Hələ ad verilməyən zürafə tamamilə qəhvəyi və ləkəsiz doğulub. Əvvəllər də ləkəsiz zürafələrin olmasına baxmayaraq, bu heyvanın özünəməxsusluğu onun rənginin ağ əvəzinə tamamilə qəhvəyi olmasıdır.
İndi zürafənin boyu təxminən 1,8 metrdir, özünü yaxşı hiss edir və anasının nəzarəti altındadır.
Zoopark xalqdan ləkəsiz heyvana ad seçməkdə kömək istəyib. Təklif olunan bütün adlar torlu zürafənin doğulduğu Şərqi Afrikada danışılan suahili dilinə istinadlardır. Təklif olunan adlar "unikal" mənasını verən Kipeki, "fövqəladə" mənasını verən Friyali, "ən gözəl" mənasını verən Şaqiri və ya "inanılmaz dərəcədə gözəl" mənasını verən Jamelladır.
Nərmin