Noyabrın 27-dən 29-dək Tokioda “Japan Food Expo Fair” (Yaponiya qida məhsulları ixracatı) sərgisi açılacaq.
Rakus.az xəbər verir ki, üçüncü dəfə təşkil edilən sərgiyə azərbaycanlı iş adamları da qatılacaqlar.
Yaponiya bürosuna Bakıda fəaliyyət göstərən “Foodstaff Co.LTD” şirkətinin prezidenti Tsuyoşi Kaneda məlumat verib ki, Yaponiya Kənd Təsərrüfatı, Meşəçilik və Balıqçılıq Nazirliyinin təşkili etdiyi sərgidə 700-dək şirkətin nümayəndələrinin iştirak edəcəyi gözlənilir.
T.Kaneda deyib ki, beş şirkəti təmsil edəcək doqquz nəfər iş adamından ibarət Azərbaycan nümayəndə heyəti sərgidə nümayiş olunan Yaponiya qida məhsullarının ölkəmizə idxalı imkanlarını araşdıracaq, bu məqsədilə yapon şirkətləri ilə müzakirələr aparacaq. Nümayəndə heyətinin tərkibinə Azərbaycanı təmsil edən supermarket və restoranların menecerləri daxildirlər.
Üç gün davam edəcək sərgi noyabrın 29-da başa çatacaq.
Son xəbərlər
- Ən faydalı göbələk: Çox antioksidant ehtiva edir
- Bu qida ilə yuxu zamanı bədən "bərpa olunur" və cavanlaşır
- Bu məhsulu qışda ürək və qan damarlarının sağlamlığı üçün yemək lazımdır
- Hazır şorbalar ilə heç vaxt bu səhvlərə yol verməyin
- Axşam yeməyi üçün ən pis içkilər
- Bitki yağı nümunəsinin müayinəsi üzrə keçirilən laboratoriyalararası səriştəlilik sınağının nəticəsi məlum olub