Yay tətilində belə, təhlükəsizliyi unutmaq olmaz.
Foodinfo.az istənilən vəziyyətə hazırlıqlı olmaq üçün 7 qaydanı təqdim edir.
1. Yaxınlarınızla daim əlaqədə olun. Səyahətə tək gedirsinizsə, onlara hara getdiyinizi və nə zaman qayıdacağınızı bildirin.
2. Özünüzlə dərman götürün. Əgər xroniki xəstəliklərdən əziyyət çəkirsinizsə, bu sizi xilas edə bilər. Həmçinin, ağrıkəsicilər, dezinfeksiyaedicilər kimi əsas preparatları unutmayın.
3. Pul və sənədlərinizi bel çantanızda daşımayın. Bel çantasından nəyisə oğurlamaq çox asandır. Buna görə də, qiymətli əşyalarınızı yanınızda saxlayın: gödəkçənin iç ciblərində və ya qabaqdan asılan kiçik çantada.
4. Geolokasiyanı yandırın. Bu, telefonunuzu izləməyi asanlaşdıracaq.
5. Özünüzlə portativ şarj cihazı (poverbank) götürün. Uyğun olmayan vaxtda smartfonunuzun enerjisi bitdikdə bu sizə kömək edəcək.
6. Əlavə sığortadan keçin. Baqajın itirilməsi və ya zədələnməsi, uçuşun gecikməsi, qəza və ya xəstəlik hallarına qarşı özünüzü sığortalayın.
7. İntuisiyanıza qulaq asın. Bəzən daxildən gələn "səs" həyatımızı xilas edə bilər.
Natəvan