
İnsanın həzz almaq üçün həddindən artıq yemək yediyi qida asılılığının yaranması psixi problemlərin əlamətidir. Bu xəstəliyə qarşı mübarizə aparılmaması daha ciddi xəstəliklərə səbəb ola bilər.
Foodinfo.az bildirir ki, tox mədə ilə yemək istəyi çox vaxt orqanizmin özünə bir növ “mükafat”la boğmağa çalışdığı mənfi emosiyalardan yaranır. Çox vaxt belə bir vərdiş uşaqlıqdan, uşağa şirniyyatla həvəslənəndə formalaşır.
Həddindən artıq yemək metabolik pozğunluqlara, lipid metabolizmasının pozulmasına, otoimmün xəstəliklərin inkişafına, arterial hipertoniyaya, ürək problemlərinə, oynaqlarda və bağlarda problemlərə, xroniki yorğunluq sindromunun inkişafına səbəb ola bilər".
Yeməkdən dərhal sonra aclıq hissi ciddi şəkildə xəbərdarlıqdır. Bu vəziyyətdə həzm orqanlarını yoxlamaq üçün həkimə və depressiyanın səbəbini müəyyən etməyə kömək edəcək bir psixoloqa müraciət etməlisiniz.
Leyla