Yuxusuz qalan orqanizm zəifləyir və xarici mühitdəki dəyişikliklərə, sağlamlıq üçün təhlükəli hallara daha zəif reaksiya verir.
Foodinfo.az xəbər verir ki, bu barədə həkim Nadejda Çernışova xəbərdarlıq edib.
Onun sözlərinə görə, orqanizm meylli olarsa, yuxu çatışmazlığı şəkərli diabet və hipertoniyaya səbəb ola bilər.
Yuxusuz və zəifləmiş orqanizm qlükozanı tez istifadə edə bilmir. Şəkərli diabetə meyllilik varsa, yuxusuzluq son damla ola bilər.
Əgər hipertoniyaya meyllilik varsa, yuxusuzluq fonunda qan təzyiqi də arta bilər, onun tənzimlənməsi əsasən sinir sisteminə aiddir.
Bundan əlavə, yuxusuzluq səbəbindən immunitet azala bilər ki, bu da insanı soyuqdəyməyə meyilli edəcək.
Nurlan