Təbii zefir şəkər, meyvə püresi (xüsusən də alma), həmçinin qatılaşdırıcıdan (pektin, jelatin, kollagen, agar-aqar) ibarətdir.
Foodinfo.az xəbər verir ki, zefirin rənginə və formasına diqqət yetirmək eyni dərəcədə vacibdir. Təbii məhsulda parlaq deyil, boz çalarlar olacaq.
Həmçinin zefirə yüngülcə basmaq tövsiyə edilir, sıxdıqdan sonra dərhal formasını bərpa etməlidir.
Əgər zefirin forması bərpa olunmursa, bu, yanlış istehsal texnologiyası və ya saxlama şəraitinin pozulmasını göstərir.
Fərid