
Dietoloq Mariyat Muxina kartofu həddindən artıq yeməməyi tövsiyə edib. Foodinfo.az bildirir ki, Life.ru ilə söhbətində ekspert qeyd edib ki, həftədə iki və ya üç dəfədən çox və ya bir dəfəyə 200 q-dan çox kartof yemək bir sıra sağlamlıq problemlərinə səbəb ola bilər.
Mütəxəssisin sözlərinə görə, kartof çox vaxt qızardılmış halda yeyilir ki, bu da əlavə kalori və trans yağlar əlavə edir.
"Bu maddələr ürək-damar sisteminə son dərəcə mənfi təsir göstərir" deyə dietoloq bildirib.