
Veysəloğlu Şirkətlər Qrupu tərəfindən Binəqədi qəsəbəsində tikintisi davam etdirilən “ARAZ MALL” layihəsinin açılışı 2025-ci ilin ikinci yarısına planlaşdırılır. Bu möhtəşəm kompleks yalnız alış-veriş mərkəzi olmaqla kifayətlənməyəcək, eyni zamanda ailələr, gənclər və bütün yaş qrupları üçün cəlbedici əyləncə və istirahət məkanına çevriləcək.
Layihənin əsas üstünlükləri:
1.2 hektarlıq ərazi, 10,500 m² tikinti sahəsi.
2,200 m² “ARAZ Supermarket” – geniş məhsul çeşidi və müasir xidmət.
Restoranlar və fast-food məkanları – fərqli mətbəxlərdən dadlı təamlar.
Brend mağazalar – moda, texnologiya və kosmetikada tanınmış markalar.
Aptek və elektronika mağazası – sağlamlıq və texnoloji ehtiyaclara cavab.
Uşaq əyləncə zonası – ailələr və uşaqlar üçün tam təhlükəsiz və rəngarəng məkandır.
150 maşınlıq geniş parkinq – rahat və əlçatan infrastruktur.
Strateji yerləşmə
“ARAZ MALL” Mehdiabad, Balaxanı və Novxanı yollarının kəsişməsində yerləşir. Yüksək nəqliyyat axını olan bu bölgə mərkəzə həm Binəqədi sakinlərinin, həm də ətraf ərazilərdən gələn ziyarətçilərin rahatlıqla çıxış əldə etməsinə imkan yaradır.
İqtisadi və sosial əhəmiyyət
“ARAZ MALL” yalnız alış-veriş mərkəzi kimi yox, həm də yeni iş yerlərinin açılması, yerli sahibkarlığın inkişafı və bölgənin iqtisadi canlanması baxımından mühüm rola malikdir. 15 km radiusda bu səviyyədə iri ticarət və əyləncə mərkəzinin olmaması onu ərazidə unikal və cəlbedici layihəyə çevirir.
Gələcəyin mərkəzi
Layihə alış-veriş, əyləncə və sosial imkanları birləşdirərək ailələr və gənclər üçün müasir, təhlükəsiz və keyfiyyətli bir məkana çevriləcək. Yüksək texnologiyalı infrastruktur və müasir xidmət standartları sayəsində “ARAZ MALL” bölgənin yeni cazibə nöqtəsinə çevriləcək.
“ARAZ MALL”la bağlı gedən tikinti prosesini bu linkdən izləyə bilərsiniz: https://www.youtube.com/watch?v=Izq1rm26E9M&t=19s