Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pandemiya dövrünün tələblərinə, bu sahədə müvafiq qanunvericiliyin icrasına, həmçinin yeni növ koronavirusun (COVID-19) profilaktikasına dair Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydləri davam etdirir. Agentlikdən Foodinfo.az-a bildirilib ki, nəzarət tədbirləri çərçivəsində 2021-ci il iyulun 13-də ölkə üzrə 382 ictimai iaşə obyektində 654 monitorinq keçirilib. Monitorinqlər zamanı müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb. Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır: 1. Bakı şəhəri, Nizami rayonu, Tofiq Abbasov 6 ünvanında yerləşən, fiziki şəxs Əliyev Elton Pehruz oğluna məxsus kafe; 2. Bakı şəhəri, Xəzər rayonu,‎ Şüvəlan qəs., dəniz kənarında yerləşən, fiziki şəxs Cəfərov Rüfət Əzim oğluna məxsus kafe; 3. Bakı şəhəri, Yasamal ‎rayonu, Zərdabi 20 ünvanında yerləşən, hüquqi şəxs "Xs-500 Group" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus “Atlantis” restoranı; 4. Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli 1M m 1 ünvanında yerləşən, fiziki şəxs Rəhimova Güllübəyim Taleh qızına məxsus kafe; 5. Bakı şəhəri, Nərimanov rayonu, Əliyev 115A ünvanında yerləşən, fiziki şəxs Hüseynov Elvin Fuqan oğluna məxsus “Pivbar Baku” kafesi; 6. Göyçay rayonu, Cəyirli kəndində yerləşən, fiziki şəxs Orucov Natiq Əlinazim oğluna məxsus kafe; 7. Tərtər rayonu, Sahil küçəsində yerləşən, fiziki şəxs Zeynalov Surxay Bəylər oğluna məxsus kafe. Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda AQTA müfəttişləri tərəfindən respublika üzrə monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.