Allergik xəstəliklərin yaranmasına səbəb olan faktorlardan biri də qidalardır. Hazırda dünya əhalisinin 2.5%-i qida allergiyasından əziyyət çəkir.

Foodinfo.az AQTİ-tə istinadən xəbər verir tərkibində allergenlər olan qida məhsullarının istehlakı zamanı immun sisteminin spesifik reaksiyası nəticəsində qida allergiyası yaranır. Qida allergiyasının simptomları adətən tərkibində allergenlər olan qidanın istehlakından sonra özünü büruzə verir.

“Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, istehlakçıya qida məhsullarının tərkibindəki allergenlər barədə dolğun məlumatlar verilməlidir.

Allergik xəstəliyi olan şəxslər allergenlər və onlardan hazırlanan qida məhsullarının istehlakından çəkinməlidir.