Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi (AXA) toxum alıcısı olan fermerlərə müraciət edib. Bu barədə Foodinfo.az nazirliyə istinadən xəbər verir. Məlumata görə, Agentlik fermerlərə sertitikatlı toxumdan istifadə etməyi tövsiyə edib. Bu ilin payızlıq dənli bitkilərinin əkini üçün yüksək reproduksiyalı, sertifikatlı toxum istehsalcılarını (buğda, arpa) fermerlərin diqqətinə çatdırırıq. Sertifikatlı toxum istehsalçıları barədə məlumat və əlaqə vasitələri ilə əlavə edilmiş siyahıdan tanış ola bilərsiniz. ( https://bit.ly/2FBed5m ). Məhsul istehsalçılarına toxum alarkən istehsalçıdan onun kondisiyalılığı haqqında sertifikatı tələb etmək tövsiyə olunur", - deyə müraciətdə qeyd olunub.