
Agentlik "Barilla" makaronları ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.
Bəzi xəbər saytlarında “Barilla” əmtəə nişanlı “İntegrale Vollkorn Penne Rigate” tam buğda makaronu məhsulu partiyasında uyğunsuzluq aşkarlanması səbəbindən bir neçə ölkədə satışdan geri çağırılması ilə bağlı məlumatlar yer alıb.
AQTA-dan Foodinfo.az bildirilib ki, xəbərdə qeyd olunan məhsul partiyası ölkəmizə idxal olunmayıb. Həmçinin bu əmtəə nişanına məxsus digər məhsul partiyalarının təhlükəsizlik və kefiyyət göstəriciləri ilə bağlı aparılan laborator müayinələrin nəticəsində hər hansı uyğunsuzluq aşkar edilməyib. Əldə olunmuş nəticələr onu deməyə əsas verir ki, ölkəmizə idxal olunmuş "Barilla" əmtəə nişanlı makaronlar istehlak üçün yararlıdır.