
Kofeinsiz qəhvə tərkibində kofein az olsa da, bəzi kimyəvi maddələr səbəbindən sağlamlığa təsir göstərə bilər. Foodinfo.az xəbər verir ki, Alman biokimyagı Dr. Anja Müller “Deutsche Welle”yə verdiyi açıqlamada bildirib ki, bu tip qəhvələrdə kofeini çıxarmaq üçün istifadə olunan həlledici maddələr qaraciyər üçün zərərlidir.
Xüsusilə metilen xlorid kimi maddələrin az miqdarı belə sinir sisteminə təsir edə bilər. Bəzi araşdırmalar göstərir ki, kofeinsiz qəhvə mədə turşusunu daha çox artırır və həzmi çətinləşdirə bilər. Kofeinsiz kimi təqdim edilən içkilərdə belə az miqdarda kofein qalır, bu isə ürək ritminə təsir göstərə bilər. Mütəxəssislər bu məhsulların təbii üsulla emal olunmuş variantlarına üstünlük verilməsini məsləhət görürlər. Əks halda, sintetik üsullarla əldə olunan kofeinsiz qəhvə uzunmüddətli istifadədə sağlamlığa mənfi təsir edə bilər.
Digər tərəfdən, qəhvənin ürək-damar sisteminə faydası məhz onun tərkibindəki kofeinin antioksidant təsiri ilə bağlıdır. Kofeinsiz qəhvə bu baxımdan daha az təsirli olur. Qidalanma üzrə mütəxəssislər gündə bir-iki fincan təbii kofeinli qəhvənin sağlam insan üçün təhlükəsiz olduğunu bildirirlər. Əgər kofeinsiz qəhvə seçilirsə, mütləq məhsulun istehsal texnologiyası və tərkibi diqqətlə öyrənilməlidir. Kimyəvi maddələrlə təmizlənmiş qəhvələrin isə uzunmüddətli istifadəsindən çəkinmək tövsiyə olunur.