Uşaqların düzgün sağlam qidalanması hər birimizin məsuliyyətidir

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. 1950-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının qərarı ilə 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi tarixə düşüb. Bu gün uşaq hüquqlarının qorunması və onların rifahının təmin edilməsi məqsədilə dünyada geniş şəkildə qeyd olunur. Azərbaycanda uşaqların sağlam və firavan böyüməsi dövlət siyasətinin əsas prioritetlərindən biridir. Uşaq hüquqlarının qorunması və onların hərtərəfli inkişafı üçün müxtəlif dövlət proqramları və sosial layihələr həyata keçirilir.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyin tərəfindən bu istiqamətdə müxtəlif maarifləndirmə təşəbbüsləri həyata keçirilir.

Məktəblilər arasında “Təhlükəsiz qida uşaqların gözü ilə”, “Təhlükəsiz qida ilə sağlam gələcəyə” adlı rəsm müsabiqələri , həmçinin “Sağlam məktəbli”, “Məktəblilər üçün süd”, “Məktəblilər üçün kişmiş” kimi layihələr uşaqlara düzgün qidalanma vərdişləri aşılamağa dəstək