Mayın 29-u Ümumdünya Sağlam Qidalanma Günü kimi qeyd olunur. Bu gün Ümumdünya Qastroenteroloqlar Təşkilatının təşəbbüsü ilə təsis edilib. Məqsəd insanları həzm sistemi problemləri haqqında məlumatlandırmaq, sağlam qidalanmanın əhəmiyyətinə diqqət çəkmək və qastroenteroloji xəstəliklərin artan sayı ilə bağlı xəbərdarlıq etməkdir. 

Agentlikdən Foodinfo.az-a bildirib ki, Qida Təhlükəsizliyi Agentliyi tərəfindən indiyədək “Sağlam məktəbli”, “Məktəblilər üçün kişmiş”, "Məktəblilərin Qida Bələdçiləri", “Şəkəri azalt, ömrünü uzat!” və bir sıra digər maarifləndirmə layihələri uğurla icra olunub.  

Hazırda BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO), Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və Nutrisiologiya və Diyetologiya Assosiasiyası (NÜDİA) ilə birgə “Sözdən əmələ keç, Sağlam qidalanmanı seç!” layihəsi reallaşdırılır. Bu çərçivəsində körpənin ilk və ən vacib qidası olan “Möcüzəvi qida - Ana südü” mövzusunda müxtəlif maarifləndirici layihələr icra olunur.