
AQTA tərəfindən “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019–2025-ci illər üçün Dövlət Proqramı”nın icrası uğurla davam etdirilir.
Foodinfo.az xəbər verir ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən Dövlət Proqramında müəyyənləşdirilmiş 12 prioritet istiqamət üzrə 71 tədbirin icrası ilə bağlı 2024-cü il üzrə monitorinq aparılıb. Monitorinqin nəticələrinə əsasən tədbirlər üzrə ümumi icra vəziyyəti 90 %, gözlənilən təsir indikatorlarına görə isə 100% olub.