Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qida təhlükəsizliyi ilə bağlı monitorinqləri davam etdirir.
Agentlik əməkdaşları Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, mənzil 5 ünvanında fəaliyyət göstərən fiziki şəxs Kazımova Nəsibə Bəşir qızına məxsus “Sabiha” restoranında yoxlama aparıb. Müəyyən edilib ki, əhalinin qidalanmasının təşkili və ya yeməklərin, eləcə də içkilərin hazırlanması, onların saxlanması, əhaliyə satılmasına dair sanitariya-gigiyena və texniki normativ sənədlərin tələbləri kobud şəkildə pozulub.
Monitorinq zamanı baytarlıq-sanitariya ekspertizası aparılmayan və baytarlıq arayışı ilə müşahidə olunmayan ət və ət məhsullarından istifadə ediliyi aşkarlanıb. Yoxlama zamanı xammalın saxlanması sahəsi olmadığına görə məhsulların birbaşa mətbəxdə, yemək zalında döşəmənin üzərində və masaların altında yığılaraq saxlanıldığı müəyyən olunub. Qida obyektində dezinfeksiya, dezinseksiya və deratizasiya işlərinin aparılmadığı aşkarlanıb.
Qida məhsulalrından nümunələr götürülərək analiz üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitunun müvafiq laboratoriyasına göndərilib. Restoranın fəaliyəti məhdudlaşdırılıb.
Qeyd edək ki, sahibakrlıq subyekti qida təhlükəsizliyi qeydiyyatı olmadan fəaliyyət göstərib.
Son xəbərlər
- Şirin kartof dəri sağlamlığına faydalıdır
- Xiyar tərəvəzdir yoxsa meyvə?
- Həkim xurmanın ölümcül təhlükəsi barədə xəbərdarlıq edib
- Arıqlamaq və 20 il daha uzun yaşamaq üçün ideal səhər yeməyi
- Dostlarının yemək qalıqlarını yemədiyi üçün sevgilisindən ayrıldı
- 15 il ərzində hər gün eyni şeyi yeyir - SƏBƏB